Siyəzəndə iki avtomobil toqquşub, ölən var

Siyəzəndə iki avtomobil toqquşub, ölən var
# 18 oktyabr 2020 18:09 (UTC +04:00)

Siyəzəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyəzən şəhər sakini E.Əsgərovun idarə etdiyi “VAZ-2107” və  Bakı şəhər sakini E.Səmədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub, sonradan E.Səmədov idarəetməni itirərək yolun kənarında olan Siyəzən şəhər sakini Məsumə İslamovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR