Şəmkirdə ana və oğlunu bıçaqlayan şəxslər saxlanılıb

Şəmkirdə ana və oğlunu bıçaqlayan şəxslər saxlanılıb
# 26 aprel 2021 11:59 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürouna verilən məlumata görə, Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR