Son iki gündə 6 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Son iki gündə 6 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
# 04 yanvar 2021 11:34 (UTC +04:00)

Son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 6 nəfər barəsində isə cinayət işi başlanılıb.

DİN-dən bildirilib ki, vu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir: "Ona görə də, vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR