Sumqayıtda “Opel” və “NAZ-Lifan” toqquşub, 2 nəfər yaralanıb

Sumqayıtda “Opel” və “NAZ-Lifan” toqquşub, 2 nəfər yaralanıb
# 18 aprel 2021 09:02 (UTC +04:00)

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR