Tovuzda iki minik maşını toqquşub, üç nəfər xəsarət alıb

Tovuzda iki minik maşını toqquşub, üç nəfər xəsarət alıb
# 17 avqust 2020 22:37 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

NİVA markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşması nəticəsində 3 nəfər - 23 yaşlı Misirxan Əlirzayev, 25 yaşlı İlkin Hüseynov və 25 yaşlı Elvin Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR