Ucarda 6 ay əvvəl itkin düşmüş şəxs axtarılır

Ucarda 6 ay əvvəl itkin düşmüş şəxs axtarılır
# 18 noyabr 2020 14:39 (UTC +04:00)

Ucar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov 27 may 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən APA-ya bildirilib ki, onun əlamətləri belədir: boyu 170 sm., saçları qısa, qara rəngli, gözlərinin rəngi şabalıdıdır.

A. Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ucar RPŞ-yə (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR