Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb

Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb
# 27 avqust 2020 23:44 (UTC +04:00)

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

F.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR