Ucarda bıçaqlanma hadisəsi olub

Ucarda bıçaqlanma hadisəsi olub
# 26 aprel 2021 08:22 (UTC +04:00)

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarında rayonun Lək kənd sakini, 1993-ci il təvəllüdlü Aslan Fərman oğlu Həsənli aralarında yaranmış münaqişə zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Rövşən Vəzir oğlu Vəzirovu bıçaqlayıb.

Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən A.Həsənli tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR