Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb - YENİLƏNİB

Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb - <span class=YENİLƏNİB'>
# 09 iyul 2020 21:02 (UTC +04:00)

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.

APA-nın Aran bürosunun məlumatına görə, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda digər iki nəfərin də axtarışları aparılır.

***

Saat 20:15

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR