Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub

Ağstafada yaşadığı evdə meyiti aşkarlanan Çiçək Ələkbərova

© APA | Ağstafada yaşadığı evdə meyiti aşkarlanan Çiçək Ələkbərova

# 17 may 2021 17:48 (UTC +04:00)

Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızını qətlə yetirən şəxsin 1987-ci il təvəllüdlü Tural Məmmədov olduğu müəyyən edilib. T. Məmmədov saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs qətli törətdiyini etiraf edib.

Qeyd edək ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşuları tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Onun tək yaşadığı bildirilib. Ç. Ələkbərovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Qadın qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR