Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

narkotiklərin qanunsuz dövriyyəsi

© APA | narkotiklərin qanunsuz dövriyyəsi

# 06 may 2021 13:28 (UTC +04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ü.Səlimzadə Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 56 qramdan artıq heroin, Məmmədli qəsəbəsində kirayədə yaşadığı evdə isə 1 kiloqramdan artıq heroin aşkar edilib.

Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR