Bıçaqlandığı bildirilən Bakı sakininin yıxılaraq xəsarət alması məlum olub

Bıçaqlandığı bildirilən Bakı sakininin yıxılaraq xəsarət alması məlum olub
# 14 may 2021 08:20 (UTC +04:00)

Bakı sakini yıxılaraq xəsarət alıb.

APA-ya Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zirə qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Məmmədov Etibar Ağababa oğlu yıxılan zaman qarın nahiyəsinə şüşə
batıb. Xəstəxanaya yerləşdirilən yaralı ilkin müayinədən sonra evə buraxılıb.

Qeyd edək ki, bundan əvvəl mətbuatda E.Məmmədovun bıçaqlandığı barədə həqiqəti əks etdirməyən xəbərlər yer almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR