Ədliyyə Nazirliyi inzibati binasında baş verən yanğınla bağlı məlumat yayıb

#
# 12:46
26 avqust 2020

Ədliyyə Nazirliyi inzibati binasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib: "Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi  dərhal işə düşüb,  daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin işinə heç bir təsiri olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR