Gəncədə mənzildən 8 min manatlıq oğurluq olub

oğurluq

© APA | oğurluq

# 10 may 2021 14:40 (UTC +04:00)

Gəncədə mənzildən 8 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR