Goranboyda minik maşını traktora çırpılıb, 3 nəfər xəsarət alıb

Goranboyda minik maşını traktora çırpılıb, 3 nəfər xəsarət alıb
# 16 may 2021 16:32 (UTC +04:00)

Goranboy rayonunda minik maşını traktora çırpılıb, xəsarət alanlar var. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy- Qızılhacılı avtomobil yolunda baş verib. “Passad” markalı minik maşını qarşıdan gedən traktora çırpılıb.
Qəza nəticəsində Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Nərgiz Zeynallı, Bakının Novxanı qəsəbə sakini, 1963-cü il təvəllüdlü Narxanım Əliyeva və Ağdam rayon sakini, 2011-ci il təvəllüdlü Zəhra Səfərli müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR