Göygöldə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Göygöldə zəncirvari qəza baş verib, xəsarət alanlar var
# 13 may 2021 16:20 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı-Göygöl avtomobil yolunun rayonun Çaykənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Bu zaman yolla hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşan avtomobillərə çırpılıb. Qəzadan sonra “Mercedes” yoldan çıxaraq aşıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Aysel Rzayeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR