Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO

Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>
# 18 may 2021 07:50 (UTC +04:00)

Hacıqabulda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı  yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Huseynov Elşən Fazil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR