Mingəçevirdə siqaretə görə qətl törədən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Mingəçevirdə siqaretə görə qətl törədən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 20 may 2021 10:26 (UTC +04:00)

Mingəçevir şəhərində qətl törədən şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına görə, qətli Şəki rayon sakini Rəşad Salamovun törətdiyi bildirilir.

Qeyd edək ki, R. Salamov saxlanılıb.

***

09.55

Mingəçevirdə qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR