Qazaxda gənc özünə xəsarət yetirib

Qazaxda gənc özünə xəsarət yetirib
# 16 may 2021 08:49 (UTC +04:00)

Qazax sakini özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

22 yaşlı Rahil Həsənov hər iki qolunun kəsilmiş diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR