Hava şəraiti yenidən pisləşəcək, yağış, qar yağacaq

Hava şəraiti yenidən pisləşəcək, yağış, qar yağacaq
# 28 oktyabr 2021 16:39 (UTC +04:00)

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR