Şimal bölgəsinə 23 sm qar yağıb, temperatur mənfi 6 dərəcəyədək enib - VİDEO

Şimal bölgəsinə 23 sm qar yağıb, temperatur mənfi 6 dərəcəyədək enib - VİDEO
# 26 oktyabr 2021 09:38 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qrız kəndinə 23 sm, Xınalığa 16 sm, Xaltana isə 3,5 sm hündürlüyündə qar yağıb.

Qusarın Yasab kəndində qarın hündürlüyü 2 sm, Xızının Altıağac kəndində isə 1 sm təşkil edib.

Havanın temperaturu Qubanın Qrız kəndində mənfi 6 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR