Akar Türkiyənin azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətindən danışıb

Hulusi Akar

© APA | Hulusi Akar

# 28 oktyabr 2021 13:48 (UTC +04:00)

“Atəşkəsin elan edildiyi ilk gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları minatəmizləmə fəaliyətinə başlayıb. Minalar təmizləndikcə azad edilmiş bölgələr daha təhlükəsiz vəziyyətdə olur, əkinçilik və yaşayış üçün əlverişli vəziyyətə gəlir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə fəaliyyətinə dair suala cavabında deyib.

O, eyni fəaliyyətin Liviyada da aparıldığını xatırladıb.

Türkiyənin müdafiə naziri vurğulayıb ki, Ermənistanın dərhal mina xəritələrini verməsi üçün təmaslar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR