“Anatolian Phoenix-2021” beynəlxalq təlimi başlayıb

“Anatolian Phoenix-2021” beynəlxalq təlimi başlayıb
# 24 may 2021 19:21 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ərazinin maketi üzərində ətraflı brifinq təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunur.

Təlim iyunun 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR