Azərbaycan döyüş təyyarələri Türkiyəyə təlimlərə yola düşüb

Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

© APA | Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

# 01 sentyabr 2021 16:49 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR