Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərdə iştirak edir

Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərə qatılıb

© APA | Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərə qatılıb

# 26 iyul 2021 16:31 (UTC +04:00)

Gürcüstanda Azərbaycan hərbçilərinin da iştirak etdiyi “Agile Spirit – 2021” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, mərasim Senaki 2-ci Piyada Briqadasının bazasında baş tutub. Açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, hərbi təlimlər iştirakçı ölkələrin hərbi birləşmələri arasında qarşılıqlı əməliyyat və döyüş qabiliyyətini daha da dərinləşdirəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR