Azərbaycan qırıcı təyyarələri Türkiyədə festivalda nümunəvi uçuşlar keçirəcək

Azərbaycan HHQ-nin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcək

© APA | Azərbaycan HHQ-nin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcək

# 18 sentyabr 2021 17:38 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR