Azərbaycan sülhməramlısı: “Kabil aeroportunda mülki şəxslərin təxliyəsini təmin edirdik”

Gizir Sahil Həşimov

© APA | Gizir Sahil Həşimov

# 27 avqust 2021 18:57 (UTC +04:00)

"Bizim missiyamız türk bölmələri ilə birlikdə Əfqanıstan İslam Respublikasında Kabil Beynəlxalq Hava Limanının mühafizəsini və müdafiəsini təşkil etmək idi".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı kontingentinin tağım komandiri, gizir Sahil Həşimov deyib.

O bildirib ki, Azərbaycan hərbi qulluqçular hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edib: "Eyni zamanda mülki şəxsləri humanitar yardımla - yeməklə, su ilə təmin edirdik”.

A. Həşimov Azərbaycan Ordusunda qulluq etməsindən qürur duyduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR