Azərbaycan tankçıları Rusiyada “Tank biatlonu” müsabiqəsində iştirak edir - FOTO

Azərbaycan tankçıları Rusiyada “Tank biatlonu” müsabiqəsində iştirak edir - FOTO
# 23 avqust 2021 17:48 (UTC +04:00)

Rusiyada “Beynəlxalq Ordu Oyunları-2021” çərçivəsində “Tank biatlonu” müsabiqəsi start götürüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən müsabiqəyə 19 ölkənin komandası qatılıb.

“Tank biatlonu”nda Azərbaycan tankçıları da iştirak edir.

Azərbaycan tankçıları dörd heyətlə ikinci divizionda 11 komanda arasında yarışır. Yarışlara qatılan Azərbaycan tankçılarının əksəriyyəti İkinci Qarabağ müharibəsində iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Sakit Verdiyev bildirib ki, builki yarışda da Azərbaycan tankçıları yüksək pillələri tutacaq.

Azərbaycan tankçıları sabah Belarus, Qazaxıstan və Serbiya ilə birgə qrupda mübarizəyə qoşulacaq.

Ermənistan bu dəfə “Tank biatlonu”nda iştirak etmir.

Eyni zamanda, Azərbaycan hərbçiləri Alabino poliqonunda “Dostluq Evi”ndə keçirilən “Mədəniyyət Ordusu” müsabiqəsində də iştirak edir. “Dostluq Evi”ndə Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları” sentyabrın 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR