Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub

© APA | Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub

# 06 sentyabr 2021 16:15 (UTC +04:00)

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR