Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi davam edir

Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi davam edir
# 03 oktyabr 2021 15:41 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusuna dəstək vermək məqsədi ilə Ermənistan işğalından azad edilən ərazilərdə minatəmizləmə və bu sahədə təlimlərə dəstəyini davam etdirir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib.
P. Kara deyib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində birgə təlim və tədris fəaliyyəti də davam edir: “Naxçıvanda keçirilən "Sarsılmaz Qardaşlıq-2021” təliminin 5-8 oktyabr tarixlərində növbəti mərhələsi keçiriləcək. Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir. "İki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızda yanlarında olmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR