Azərbaycandakı hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri sərhəddə vəziyyət barədə məlumatlandırılıb

Müdafiə Nazirliyində hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq

© APA | Müdafiə Nazirliyində hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq

# 16 noyabr 2021 17:13 (UTC +04:00)

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR