Azərbaycanın hərbi attaşesi "TurAz Şahini - 2021" təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Azərbaycanın hərbi attaşesi "TurAz Şahini - 2021" təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb
# 08 sentyabr 2021 20:07 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR