“Beynəlxalq Ordu Oyunları - 2021” yarışında tankçılarımız qrupda ikinci yer qazanıb - FOTO

 “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında tankçılarımız qrupda ikinci yer qazanıb - FOTO
# 27 avqust 2021 19:26 (UTC +04:00)

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarus birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR