Ermənistan növbəti dəfə Naxçıvan istiqamətində atəşkəsi pozub, düşmən cavab atəşi ilə susdurulub - VİDEO - YENİLƏNİB

Ermənistan növbəti dəfə Naxçıvan istiqamətində atəşkəsi pozub, düşmən cavab atəşi ilə susdurulub - VİDEO  - YENİLƏNİB
# 16 iyul 2021 13:51 (UTC +04:00)

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

APA-nın xəbərinə görə, bu barədə Əlahiddə Ümumqoşun Ordudan bildirilib.

"Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub", - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR