Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər tapşırıqları icra edir - VİDEO

Hərbi təlim toplanışı

© APA | Hərbi təlim toplanışı

# 29 oktyabr 2021 19:53 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.

Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

© APA | Hərbi təlim toplanışı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR