Hulusi Akar: “1915-ci il hadisələrinin təhrif edildiyi çox aydındır”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar

© APA | Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar

# 09 noyabr 2021 13:22 (UTC +04:00)

"ABŞ-la NATO çərçivəsində mütəffiqik. Bizim ikitərəfli razılaşmalarımız və öhdəliklərimiz var. Bu çərçivədə münasibətlərimizi sakit, rasional və obyektiv formada, iki ölkənin xeyrinə olacaq şəkildə davam etdirmək üçün əlimizdən gələn səyi göstəririk”.

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib. Nazir deyib ki, 24 aprel 1915-ci il soyqırım iddiasına gəldikdə isə, bir iclasda erməni millət vəkili ilə qarşılaşıblar: “O, “ermənilər qətl edilib, soyqırım edilib” iddialarını səsləndirdi və sübut etməyə gəldikdə isə “hamı bunu qəbul edir” dedi. Biz orada onlara belə bir cavab verdik ki, “Qaliley "dünya dönür" deyəndə hamı etiraz edirdi. Buna görə də bir çox insanın hər hansı bir şəkildə səhv deməsi, səhvin doğru olması demək deyil. Mənim doktorluq dissertasiyamın mövzusu da bu məsələdir. Bir Harbord hesabatı var. Amerikalı heyət hadisədən 4 il sonra, 1919-cu ildə Türkiyəyə gəlir və 600 səhifəlik hesabat hazırlayırlar. Bu hesabatın heç bir yerində nə qətliam, nə soyqırım sözü var. Sadəcə həmin dövrün şərtlərinə uyğun olaraq Osmanlıda türk və erməni əhali arasında bir sıra toqquşmalar olub. Hesabatda deyilir ki, “biz Anadoluda apardığımız araşdırmada onu gördük ki, türklər və ermənilər 500 il bərabər yaşayıblar, əgər biz qarışmasaq, qarışdırmasaq, 500 il də yaşayarlar". 1915-ci il hadisələrinin də təhrif edildiyi çox aydındır. Bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan da tarixçilərdən ibarət bir heyət yaratmağı təklif etmişdi. Siyasətçilər “mən düz deyirəm, siz haqsızsınız” deməsinlər. Tarixçilər bunu müzakirə etsinlər, araşdırsınlar və nəticəni açıqlasınlar. Bizim sənədlərimiz ortadadır. Ona görə də açıq şəkildə bilinməlidir ki, bu, Ermənistan tərəfindən populist və fürsətçi yanaşmadır və bəzi insanlar səs toplamaq üçün tarixi hadisələrdən istifadə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR