İdarə rəisi: "Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alınıb"

Anar Kərimov, MN-in Mühəndis Qoşunları İdarəsinin rəisi

© APA | Anar Kərimov, MN-in Mühəndis Qoşunları İdarəsinin rəisi

# 25 may 2021 11:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin göstərişinə əsasən, Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alınıb.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

İdarə rəisi bildirib ki, həmin texnikanın növbəti partiyası ölkəmizə gətirilib: "Bununla bağll təkrar olaraq kurslar təşkil olunub. Əvvəlki partiya gəlmiş texnikalar işğaladan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə cəlb edilib".

A.Kərimov qeyd edib ki, bu texnikalar da qısa müddətdə minatəmizləmə işlərinə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR