İşçi Qrup: Minatəmizləmə avadanlıqları vahid texniki siyasətə uyğun alınacaq

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclası

© APA | Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclası

# 30 oktyabr 2021 12:33 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları üçün avadanlıqlar vahid texniki siyasətə uyğun alınacaq.
APA-nın xəbərinə görə, bu, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında bildirilib.
Qeyd edilib ki, Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarında istifadəsi üçün təqdim olunan mexaniki vasitələr və minatəmizləmə avadanlıqlarının işğaldan azad edilmiş ərazilərdə fərqli relyef şəraitində test edilməsi, eləcə də test nəticələrinə dair rəy və təkliflər əsasında hesabatlar hazırlanaraq vahid texniki siyasətə uyğun olaraq alınması məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR