MN: Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə tutulub

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 24 avqust 2021 17:05 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR