MN: Ermənistan ordusu Kəlbəcərdə mövqelərimizi intensiv atəşə tutub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 08 dekabr 2021 16:51 (UTC +04:00)

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR