MN: Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 16 noyabr 2021 14:10 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR