Müdafiə nazirinin müavini Moskvaya yola düşüb

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 06 dekabr 2021 19:49 (UTC +04:00)

Dekabrın 6-da müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, o, hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak edəcək.

Səfər dekabrın 9-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR