Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub

Nadim Anjum, Faiz Həmid

© APA | Nadim Anjum, Faiz Həmid

# 06 oktyabr 2021 17:54 (UTC +04:00)

Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinə (ISI) yeni rəhbər təyin olunub.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın “Dawn News” nəşri məlumat yayıb.

General-leytenant Faiz Həmid İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad olunub. O, Peşəvər Korpusunun komandiri təyin olunub.

General-leytenant Nadim Anjum isə İdarələrarası Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib.

Nadim Anjum daha əvvəl Kəraçidə Pakistanın V Korpusunun Komandanı olub, Pakistanın Sərhəd Korpusunda Baş Müfəttiş kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR