Parlamentin komitə sədri: “Türkiyə və Azərbaycan arasında çox sayda hərbi xarakterli sənəd imzalanacaq”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 30 sentyabr 2021 15:15 (UTC +04:00)

“Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra qardaş Türkiyə arasında minlərlə sənəd imzalanıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, o sənədlərin bəziləri hərbi xarakterli sənədlərdir: “Bu yaxınlarda Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları təlim keçirdi. Bundan sonra da Türkiyə və Azərbaycan arasında çox sayda hərbi xarakterli sənədlər imzalanacaq. Keçirilən hərbi təlimlər regionda sülhün, sabitliyin bərqərar olması üçün edilir. Bizim heç kimə ərazi iddiamız yoxdur. Biz istəyirik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çox təəssüf ki, biz bunu hələ Ermənistan tərəfindən görmürük. Son vaxtlar Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir. Onlar muxtariyyət və müstəqilliklə bağlı iddialar ortaya atırlar. Prezident İlham Əliyev bu iddialara qəti şəkildə cavab verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR