“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti yola salınıb - VİDEO

“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti

© APA | “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti

# 11 oktyabr 2021 19:15 (UTC +04:00)

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən cerdiyi məlumata görə, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.
Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər.

© APA | “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti yola salınıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR