Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır - VİDEO - YENİLƏNİB

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB
# 21 iyun 2021 14:40 (UTC +04:00)

"Bəzi məsələlərdə təkrarçılıq etmək yerinə, yatıracağımız investisiya həm Türkiyə, həm də Azərbaycana faydalı olmalıdır". 

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində hər iki ölkəni gücləndirəcək əməkdaşlığa başlamalıdır. 

“Azərbaycanla bağlı “Tək millət, iki dövlət” deyirik. Dediyimiz kimi də hərəkət etməli olduğumuzu düşünürəm. Hesab edirəm ki, istənilən investisiya bir-birimizin çatışmazlığını aradan qaldırmalıdır. Azərbaycanda PUA istehsal edən müəssisə qurmaq nə qədər səmərəli olar? Bunu edək və ya başqa bir variant düşünək? İki ölkənin bir-birini tamamlayacağı və gücləndirəcəyi bir əməkdaşlığa getməsini düşünürük”, - deyə İ. Dəmir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR