Türkiyə ilə Azərbaycanın hərbi təlimlərinin sayı artırılacaq

Türkiyə ilə Azərbaycanın hərbi təlimlərinin sayı artırılacaq
# 14 iyul 2021 16:29 (UTC +04:00)

İyulun 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən Müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR