Vətən müharibəsi şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub   - FOTO - YENİLƏNİB

Şəhid Elvin Mustafayevin dəfn mərasimi

© APA | Şəhid Elvin Mustafayevin dəfn mərasimi

# 04 iyun 2021 11:44 (UTC +04:00)

Vətən müharibəsinin şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.

Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Elvin Mustafayev evli olub, 3 övladı var.

***

09.55

Vətən müharibəsinin şəhidi Elvin Mustafayevlə Gəncədə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə şəhərinə, anadan olduğu evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.

Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Onun Vətən müharibəsinin ilk günlərində itkin düşdüyü bildirilib.

Elvin Mustafayev evli olub, 3 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR