Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb - VİDEO - YENİLƏNİB

Məmmədağa İmanov

© APA | Məmmədağa İmanov

# 31 may 2021 14:12 (UTC +04:00)

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin yaxınları məlumat verib.

Bildirilib ki, Neftçala rayonu, Dalğa kənd sakini, 2001-ci il təvəllüdlü əsgər İmanov Məmmədağa İqab oğlunun nəşinin aşkar edilməsi barədə onlara məlumat verilib.

Qeyd edək ki, Beyləqan rayonunda hərbi xidmətdə olan əsgər sonuncu dəfə 2020-ci ilin sentyarın 29-da ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra isə ondan xəbər olmayıb.

Şəhid sabah Neftçala rayon qəbiristanlığında dəfn olunacaq.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR