Vətən müharibəsinin şəhidi Pərviz Nağıyev Tovuzda dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO

Vətən müharibəsinin şəhidi Pərviz Nağıyev Tovuzda dəfn olunub - FOTO  - YENİLƏNİB  - VİDEO
# 22 may 2021 17:00 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

12:24

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

***

11:32

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi ilə vida mərasimi başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR